Bu il 56 mindən doğum qeydiyyata alınıb

13:10 11.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin altı ayında dövlət qeydiyyatına alınan doğum sayları açıqlanıb.

Hafta.az-ın məlumatına görə, “Ədliyyə xidmətləri: qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda keçirilən onlayn brifinqdə Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib ki, ilin birinci yarımilində 56 301 doğum dövlət qeydiyyatına alınıb.